Türkiyənin Berlindəki səfiri Əhməd Başar Şen bildirib ki, bu ölkədə yaşayan türkiyəlilərin gözləntisi ikili vətəndaşlığın qanuniləşdirilməsi və Almaniya vətəndaşlığının asanlaşdırılmasıdır.
Modern.az xəbər verir ki, bunu səfir Almaniya-Türkiyə Cəmiyyətinin Baş Assambleyasında çıxışında deyib:
“Türkiyəlilər Almaniyada daimi qalacaqlarını qəbul edir. Almaniyadakı türkiyəlilər ikili vətəndaşlığın qanuniləşdirilməsini və Almaniya vətəndaşlığının asanlaşdırılmasını gözləyirlər. Almaniya vətəndaşlığı olmayanlar da ən azı yerli seçkilərdə səsvermə hüququ əldə etmələrini gözləyirlər".
Səfir bildirib ki, Türkiyə ilə Almaniya arasında tarixən çoxşaxəli köklü tərəfdaşlıq və ittifaqlar mövcuddur:
"Almaniyada yaşayan təxminən 3,5 milyon türkiyəliyə əsaslanan humanitar əlaqələr iki ölkə arasındakı münasibətlərin ən mühüm ölçülərindən biridir. Türkiyə ictimaiyyəti 60 ildən artıqdır ki, Almaniyanın inkişafına və multikultural kimliyinə böyük töhfələr verir. Bu gün Almaniyadakı türklərin siyasət, iqtisadiyyat, elm, idman, incəsənət kimi müxtəlif sahələrdə çox mühüm uğurlar əldə etdiyini görürük. Biz bununla fəxr edirik.
Almaniyada ksenofobiya, islamofobiya və ayrı-seçkilik kimi mühüm problemlər davam edir. Türkiyənin Almaniyadakı nümayəndələrinin hökumətin irqçiliyə qarşı gördüyü tədbirlərin effektiv şəkildə həyata keçirilməsini gözləyir".