Modern.az

Ukrayna qoşunları bu istiqamətdə irəlilədi

Ukrayna qoşunları bu istiqamətdə irəlilədi

Aktual

19 İyun 2022, 15:36

Ukraynanın müdafiəçiləri Melitopola yaxınlaşır, şəhərin düşməndən azad edilməsinə ümid var.

 

Modern.az xəbər verir ki, bu barədə şəhər meri İvan Fedorov bildirib.

 

Onun sözlərinə görə, Zaporojye istiqamətində cəbhə xətti 10 kilometr irəliləyib.

 

"İşğal olunmuş ərazilərdə qalan sakinlərimizə dəstək olmaq və onlara inamı bərpa etmək üçün bir neçə faktı qeyd etmək istərdim. Bu gün bizim qəhrəman Ukrayna Silahlı Qüvvələri xeyli irəliləyiş əldə edib və artıq Xerson sərhədlərindədir. Silahlı Qüvvələrimiz Zaporojyedən Melitopol istiqamətində 10 kilometrdən çox irəliləyib", - deyə şəhər meri vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı