Xaricdə yaşayan hər dörd amerikalıdan biri vergilərə görə ABŞ vətəndaşlığından imtina etməyi planlaşdırır.
Modern.az xəbər verir ki, bunu “Greenback Expat Tax Services” şirkətinin keçirdiyi sorğunun nəticələri göstərir.
Şirkət 121 ölkədə yaşayan 3200 amerikalı arasında sorğu keçirib.
Məlum olub ki, amerikalı miqrantlar eyni anda iki ölkədə - yaşayıb pul qazandıqları ölkədə və ABŞ-da gəlirləri barədə hesabat verməli, həmçinin vergi ödəməli olduqlarından narazıdırlar. Hesabata əsasən, mövcud vergi yükü onlar üçün çoxlu çətinliklər yaradır.
ABŞ Dövlət Departamentindən bildirilib ki, 2020-ci ilə aid məlumatlara əsasən, 9 milyon ABŞ vətəndaşı xaricdə yaşayır. Həmin il 6705-dən çox amerikalı ABŞ vətəndaşlığından imtina edib.