Modern.az

17 mindən çox qanunsuz miqrant saxlanıldı

17 mindən çox qanunsuz miqrant saxlanıldı

Aktual

19 İyun 2022, 15:58

Bu ilin əvvəlindən etibarən Türkiyənin Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən dəniz yolu vasitəsilə ölkəni tərk etmək istəyən 17 min 411 qanunsuz miqrant saxlanılıb.

 

Modern.az xəbər verir ki, eyni dövr ərzində qanunsuz keçidləri təşkil etməkdə şübhəli bilinən 137 nəfər ölkənin hüquq-mühafizə orqanlarına təhvil verilib, 580 qeyri-qanuni miqrasiya hadisəsinə müdaxilə edilib.

 

Türkiyə Axtarış-Xilasetmə Bölgəsi daxilində olan adalar və gəmilərdə ani xəstəliklər, qəza, yaralanma kimi hallarla üzləşənlər ən yaxın xəstəxanalara yerləşdiriliblər. Bu çərçivədə ilin əvvəlindən indiyədək 672 əməliyyat keçirilib. Dənizdə batma təhlükəsi ilə üzləşən 63 qayıq sahilə çıxarılıb, 32 nəfərin cəsədi tapılıb.

 

Qeyd edək ki, Türkiyənin Sahil mühafizə bölmələrinin ən çox iş vaxtını keçirdikləri mübarizə sahələrindən biri də nizamsız miqrasiyadır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı