Modern.az

Ukraynada rus dilində kitablar qadağan edildi

Ukraynada rus dilində kitablar qadağan edildi

Aktual

19 İyun 2022, 17:23

Ukrayna Ali Radası Rusiya və Belarusdan nəşriyyat məhsullarının idxalına qadağa qoyub.

 

Modern.az xəbər verir ki, qərarın lehinə 306 deputat səs verib.

 

Söhbət “Təcavüzkar dövlət, Belarus Respublikası, Ukraynanın müvəqqəti işğal olunmuş ərazisi ilə bağlı nəşriyyat məhsullarının idxalına və yayılmasına məhdudiyyətlərin müəyyən edilməsi ilə bağlı Ukraynanın bəzi qanunlarına dəyişikliklər edilməsi haqqında” qanundan gedir.

 

Müvafiq qanun layihəsinə izahat qeydində bildirilib ki, əsas məqsəd təcavüzkar dövlətdən - Rusiya Federasiyasından, onun müvəqqəti işğal etdiyi Ukrayna ərazilərindən və Belarusdan nəşriyyat məhsullarının idxalına qadağa qoyulması, qanunvericiliklə müəyyən edilmiş qaydada idxal və paylanmasına məhdudiyyətlərin gücləndirilməsidir. 

 

Rusiya Federasiyası vətəndaşlarının müəlliflərinin əsərlərini ehtiva edən kitab nəşrlərinin Ukraynaya buraxılması, idxalı, yayılması qadağandır. Eyni zamanda, bu qadağa 2023-cü il yanvarın 1-dən əvvəl Ukraynada nəşr olunan kitablara şamil edilməyəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı