Modern.az

Tanınmış futbolçu azarkeşi məhkəməyə verdi

Tanınmış futbolçu azarkeşi məhkəməyə verdi

Aktual

19 İyun 2022, 17:36

"Mançester Yunayted" klubunun hücumçusu Markus Reşford sosial şəbəkədə onu təhqir edən misirli azarkeşi məhkəməyə verib.

 

Modern.az xəbər verir ki, bu barədə "OnTime Sports" məlumat yayıb.

 

Futbolçu azarkeşi irqçilik, təqib və təhdiddə ittiham edib. O, hüquqlarını müdafiə etmək üçün 10 vəkil tutub.

 

24 yaşlı hücumçunun komandası azarkeşdən müvəqqəti olaraq 15 min funt-sterlinq təzminat tələb edib. Təzminatın tam məbləği daha sonra müəyyənləşəcək.

 

Qeyd edək ki, iş üzrə Misirdə məhkəmə iclası iyulun 7-nə təxirə salınıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı