Modern.az

Manqo Rusiyadakı mağazalarını satır

“Manqo” Rusiyadakı mağazalarını satır

Aktual

19 İyun 2022, 17:49

“Mango” Rusiyadakı 55 mağazasını müstəqil şəkildə ölkəyə məhsul çatdıracaq yerli françayzerlərə satacaq.

 

Modern.az xəbər verir ki, İspaniyanın pərakəndə satış şəbəkəsi Rusiya bazarındakı birbaşa iştirakından imtina edəcək.

 

Məlumata görə, mülkiyyətin ötürülməsi prosesi yaxın aylarda həyata keçiriləcək.

 

Qeyd edək ki, Rusiyada şirkətin mağazalarında 800 əməkdaş çalışır. Şəbəkənin rusiyalılar üçün onlayn satışları hələ martın əvvəlindən dayandırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!