Modern.az

İsraildə koronavirusun yeni dalğası başladı

İsraildə koronavirusun yeni dalğası başladı

Aktual

19 İyun 2022, 18:09

İsrailin Səhiyyə Nazirliyi ölkədə koronavirusunun yeddinci dalğasının başladığını elan edib.

 

Modern.az xəbər verir ki, yoluxmaların artması səbəbindən xəstəxanalarda koronavirus şöbələri yenidən açılır. Həmçinin, karantin tədbirlərinin gücləndirilməsi gözlənilir.

 

Səhiyyə Nazirliyinin məlumatlarına görə, hazırda ölkədə 47 minə yaxın koronavirus xəstəsi var. Onlardan 572 nəfər xəstəxanalara yerləşdirilib, qalanları ev şəraitində müalicə olunur.

 

Pandemiya başlayandan bəri İsraildə 4,2 milyondan çox yoluxma halı aşkarlanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!