Modern.az

Yağış evi uçurdu, 5 nəfər öldü

Yağış evi uçurdu, 5 nəfər öldü

Aktual

19 İyun 2022, 18:32

Çinin Quansi Cuan muxtar bölgəsində şiddətli yağışlar evin çökməsinə, nəticədə 5 nəfərin ölümünə səbəb olub.

 

Modern.az xəbər verir ki, güclü yağışlar Lyucou şəhərinin tabeliyindəki Ronşuy və Ronqan rayonlarında ciddi fəsadlar törədib. Ölümlə nəticələnən hadisə Ronşuy rayonunun Qudu kəndində baş verib.

 

Təbii fəlakət bəzi yaşayış məntəqələrində nəqliyyatın hərəkətinin və su təchizatının müvəqqəti dayanmasına səbəb olub. Hazırda elektrik enerjisi təchizatının və rabitə xətlərinin bərpası üçün işlər aparılır.

 

Qeyd edilib ki, iyun ayında musson yağışları muxtar bölgədə təxminən 2,4 milyon sakinin həyatına mənfi təsir edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı