Modern.az

Hikmət Hacıyev xarici səyyahlarla görüşdü

Hikmət Hacıyev xarici səyyahlarla görüşdü

Aktual

19 İyun 2022, 21:53

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev əcnəbi səyyahlarla görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev tviter hesabında yazıb.

 

"Ən çox səyahət edən insanlar" klubunun üzvləri ilə görüşdən, salamlamaqdan məmnunam. Səyyahlar Kəlbəcərdən Şuşaya qədər işğaldan azad edilmiş ərazilərdə olublar, Ermənistanın vandalizminin miqyasının və işğalının dağıntılarının şahidi olublar. Həm də Azərbaycanın yenidənqurma və şəhərsalma sürətinə heyran olublar”, - Hikmət Hacıyev qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı