Modern.az

Narkotik yetişdirən ata-oğul tutuldu

Narkotik yetişdirən ata-oğul tutuldu

Aktual

22 İyun 2022, 09:40

Yevlaxda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən ata və oğul saxlanılıblar.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Qaraoğlan kənd sakinləri Babaş Kərimov və oğlu Səxavət saxlanılıblar. Onların evinin həyətyanı və pay torpaq sahələrinə baxış keçirilən zaman aqrotexniki qaydada qulluq edilərək yetişdirilən çətənə bitkiləri aşkar edilib. B.Kərimova məxsus 201 ədəd və oğlu Səxavətə isə məxsus 37 ədəd çətənə bitkisi maddi sübut kimi götürülüb.

 

Faktlarla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı