Modern.az

Ukraynanın müharibə xərcləri - Aylıq 6 milyard dollar

Ukraynanın müharibə xərcləri - Aylıq 6 milyard dollar

Aktual

22 İyun 2022, 09:43

Rusiya ilə genişmiqyaslı müharibə səbəbindən Ukraynanın aylıq xərcləri 5-6 milyard dollar təşkil edir.

 

Modern.az xəbər verir ki, bunu ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Samanta Pauer bildirib.

 

“Son hesablamalara görə, Ukrayna bir ay ərzində təxminən 5-6 milyard dollar xərcləyir. Bu rəqəm fantastikdir. ABŞ administrasiyasının Ukraynaya yardım kimi ayırmağa hazırlaşdığı 7,5 milyard dollar da bütün ehtiyacları ödəməyə kifayət etməyəcək”, - ABŞ rəsmisi vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı