Modern.az

Peskov Putinin səhhətindən danışdı: “Dünən 3 saat söhbət etdik”

Peskov Putinin səhhətindən danışdı: “Dünən 3 saat söhbət etdik”

Aktual

22 İyun 2022, 12:58

Rusiya ilə Ukrayna arasında gedən müharibə qədər danışılan ikinci məsələ Prezident Vladimir Putinin səhhətidir.

 

Modern.az xəbər verir ki, Rusiya liderinin xərçəng xəstəliyinə tutulması və səhhətinin pisləşməsi barədə iddialar artıq bir neçə aydır gündəmdədir. 

 

Kremlin sözçüsü Dmitri Peskov yenidən bu mövzu barədə açıqlama verərək, Putinin səhhəti ilə bağlı deyilənləri təkzib edib. 

 

İddiaları rədd edən Peskov bildirib ki, prezidentin sağlamlığı qaydasındadır: “O, fit formadadır. Hətta deyərdim ki, idman etməkdə həmişə israrlıdır. Əslində, dünən günortadan sonra xokkey oynayırdı. Onunla dünən təxminən üç saata yaxın danışmışam”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı