Modern.az

Rus hərbçiləri ukraynalı jurnalisti edam edib

Rus hərbçiləri ukraynalı jurnalisti edam edib

Aktual

22 İyun 2022, 13:04

Ukraynalı fotojurnalist Maksim Levin mart ayında rus hərbçiləri tərəfindən öldürülüb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

 

Öldürülənlər arasında onun dostu, Ukrayna Silahlı Qüvvələrinin döyüşçüsü Aleksey Çernışov da olub. Onlar mart ayında Kiyev yaxınlığındakı meşədə edam ediliblər.

 

Qeyd edək ki, jurnalist Rusiya-Ukrayna müharibəsinə dair kadrlar toplamaq üçün meşəyə gedib. Orada Rusiya hərbçiləri tərəfindən aşkar edilərək öldürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!