Modern.az

UNEC-in təşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək

UNEC-in təşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək

Aktual

22 İyun 2022, 13:32

İyunun 23-də UNEC-in təşkilatçılığı ilə İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransının açılış mərasimi keçiriləcək.

 

Modern.az xəbər verir ki, “Baku Marriott Hotel Boulevard”da təşkil olunacaq tədbirdə Azərbaycanın təhsil naziri Emin Əmrullayev, UNEC rektoru professor Ədalət Muradov, Paşa Holdinq Şirkətlər Qrupunun baş iqtisadçısı Elman Eminov çıxış edəcəklər.

 

Konfrans çərçivəsində UNEC əməkdaşları və tələbələrinin əl işlərindən ibarət “Qarabağ və kiçik və orta biznesin inkişafı”, “Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafında investisiyaların rolu”, “Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının sektoral qiymətləndirilməsi”, “Green economy and green finance (Yaşıl iqtisadiyyat və yaşıl maliyyə)” adlı kitablar və konfransın xülasələr kitabı təqdim olunacaq.

 

Açılış mərasimindən sonra Təhsil, Elm, İnnovasiya və Sahibkarlıq mövzusunda panel iclası keçiriləcək.

 

İyunun 26-dək davam edəcək konfransa ABŞ, Almaniya, Fransa, İtaliya, İsveçrə, Çin, Macarıstan, Polşa, İspaniya, İsrail də daxil olmaqla, dünyanın 30-a yaxın ölkəsindən 600-dən çox tədqiqat işi təqdim edilib. Həmin məruzələrdən elm komitəsi tərəfindən seçilmiş ən keyfiyyətli məqalələr SCOPUS platformasında indekslənəcəkdir.  Konfransda 50-dən çox tanınmış mütəxəssisin iştirakı ilə aktual mövzularda “workshop”lar, eləcə də yerli və beynəlxalq nüfuzlu qurumların iştirakı ilə “Green Day” təşkil olunacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı