Modern.az

Türkiyə Rusiya ilə danışıqlara müsbət qiymət verdi

Türkiyə Rusiya ilə danışıqlara müsbət qiymət verdi

Aktual

22 İyun 2022, 14:48

Türkiyənin Milli Müdafiə Nazirliyi Moskvada Rusiya hərbi idarəsinin nümayəndə heyəti ilə taxıl probleminin müzakirə olunduğu danışıqların “konstruktiv və müsbət” olduğunu bildirib.


Modern.az-ın məlumatına görə, Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib ki, Qara dəniz limanlarından taxıl ixracı məsələsində müəyyən irəliləyiş var, lakin Rusiya, Ukrayna və BMT ilə müzakirələr tələb edən texniki məsələlər qalır.

"Dünən Moskvada ərzaq böhranının həlli və Ukrayna limanlarında taxıl gözləyən gəmilərin boşaldılması məqsədilə Türkiyə və Rusiya hərbi nümayəndə heyətlərinin görüşü baş tutub. Görüş konstruktiv və çox müsbət atmosferdə keçib", - Türkiyənin hərbi idarəsindən RİA Novosti-yə bildiriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı