Modern.az

Türkiyəli mütəxəssislər hərbçilərimizə mina təmizləmə kursu keçir

Türkiyəli mütəxəssislər hərbçilərimizə mina təmizləmə kursu keçir

Aktual

22 İyun 2022, 15:00

Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün Türkiyə Silahlı Qüvvələrinin mütəxəssislərinin iştirakı ilə xüsusi mina təmizləmə və axtarma kursu başlanılıb.

 

Bu barədə Müdafiə Nazirliyindən Modern.az-a bildirilib.

 

Qeyd edək ki, kurs zamanı hərbi qulluqçular xüsusi hazırlanmış mühəndis şəhərciyində minaaxtaranlar vasitəsilə minaların və partlamamış döyüş sursatlarının aşkar edilməsi və zərərsizləşdirilməsi üzrə bacarıqlarını təkmilləşdirəcəklər.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...