Modern.az

Ruslar səyahət üçün Azərbaycanı seçir

Ruslar səyahət üçün Azərbaycanı seçir

Aktual

1 Avqust 2022, 17:46

Rusiyanın Novosibirsk vilayəti sakinlərinin səyahət etdikləri ölkələr arasında Azərbaycan üçüncü yeri tutur.

 

Modern.az xəbər verir ki, bu barədə “Aviaseyls” aviabilet satışı xidməti məlumat yayıb.

 

Bildirilib ki, Novosibirsk sakinlərinin əksəriyyəti yayda Türkiyə, Azərbaycan, Almaniya və Cənubi Koreyaya səyahət ediblər.

 

Məlumata görə, Azərbaycana aviabiletlərin orta qiyməti 23 min rubl (təxminən 640 manat) təşkil edir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı