Modern.az

Minaya düşən komandirdən yeni XƏBƏR VAR

Minaya düşən komandirdən yeni XƏBƏR VAR

Aktual

1 Avqust 2022, 18:35

Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və Ombudsmanın Qərb Regional Mərkəzinin əməkdaşları Kəlbəcər rayonunda minaya düşmüş Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin komandiri Vüqar İsbəndiyarovu ziyarət ediblər.

 

Bu barədə Modern.az-a Ombudsman Aparatından məlumat verilib.

 

Bildirilib ki, Ombudsman Səbinə Əliyevanın tapşırığı əsasında hərbçi ilə keçirilmiş növbəti ziyarət zamanı ona bir daha Ombudsmanın adından şəfa diləkləri çatdırılıb, sağlamlıq vəziyyəti və qayğıları öyrənilib. Görüşdə hərbçinin səhhətinin stabil olduğu bildirilib.

 

V.İsbəndiyarov mütəmadi olaraq vəziyyətinin diqqətdə saxlanılmasına görə Ombudsmana minnətdarlığını ifadə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı