Modern.az

Qadın şahmatçılarımız İsrailə qalib gəldi

Qadın şahmatçılarımız İsrailə qalib gəldi

Aktual

1 Avqust 2022, 19:05

Qadınlardan ibarət Azərbaycan millisi Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşünü keçirib.

 

Modern.az xəbər verir ki, yığma III turda İsrail seçməsi ilə üz-üzə gəlib. Rəqibini 3:1 hesabı ilə məğlub edən milli komanda ardıcıl 4-cü qələbəsini qazanıb.

 

Günay Məmmədzadə və Gövhər Beydullayeva rəqibləri ilə heç-heçə ediblər. Xanım Balacayeva və Ülviyyə Fətəliyeva isə görüşlərini qalibiyyətlə başa vurublar.

 

Komanda ilk turda Birləşmiş Ərəb Əmirliklərini, ikinci turda Finlandiyanı 4:0, III turda isə Yunanıstanı 2,5:1,5 hesabı ilə üstələyib.

 

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı