Modern.az

“Mercedes” 38 mindən çox avtomobili geri çağırdı

“Mercedes” 38 mindən çox avtomobili geri çağırdı

Aktual

1 Avqust 2022, 20:57

"Mercedes-Benz" avtomobil konserninin Rusiyadakı nümayəndəliyi ölkədə 38,2 mindən çox avtomobili geri çağırıb.

 

Modern.az xəbər verir ki, qərar əyləclərin vakuum gücləndiricilərinin iş qabiliyyətinin mümkün pozulması ilə əlaqədardır.

 

Geri çağırılma 2004-2014-cü illərdə satılmış GL, ML, R-Class tipli avtomobillərə şamil olunur. Həmin avtomobillərdə qüsurların aradan qaldırılması ilə bağlı işlər ödənişsiz həyata keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı