Modern.az

Serbiya və Kosovo rəhbərləri Brüsselə çağırıldı

Serbiya və Kosovo rəhbərləri Brüsselə çağırıldı

Aktual

1 Avqust 2022, 22:50

Avropa İttifaqı rəsmiləri Serbiya və Kosovo arasında yaşanan gərginliklə əlaqədar tərəfləri müzakirələr aparmaq üçün Brüsselə dəvət ediblər.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmisi Peter Stano bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı Kosovonun şimalında baş verən hadisələri yaxından izləyir.

 

P. Stano sabitlik və təhlükəsizliyə xələl gətirən, vətəndaşların hərəkət azadlığına mane olan hər hansı razılaşdırılmamış və birtərəfli hərəkətlərin dərhal dayandırılmasının vacibliyini diqqətə çatdırıb. O hesab edir ki, gərginliyin həllinin yeganə yolu dialoqdur.

 

P. Stano qeyd edib ki, Avropa İttifaqı gərginliyin yenidən yaranmasının qarşısını almağın yollarını müzakirə etmək üçün hər iki tərəfin rəsmilərini Brüsselə dəvət edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı