Modern.az

Kəpəz Gəncədə oynaya bilməyəcək

“Kəpəz” Gəncədə oynaya bilməyəcək

Aktual

1 Avqust 2022, 23:31

"Kəpəz" klubu futbol üzrə Azərbaycan Premyer Liqasında ev oyunlarını Gəncə şəhərində keçirə bilməyəcək.

Modern.az xəbər verir ki, buna səbəb Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq rəyinə əsasən Gəncə şəhər stadionunda tribunaların qəzalı vəziyyətdə olmasıdır.

Məlumatı klubun mətbuat xidməti yayıb.

Bildirilib ki, komanda çempionatda ilk ev matçını Bakıdakı "Dalğa Arena"da oynayacaq. Digər görüşlər haqqında qərar qarşıdakı günlərdə veriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!