Modern.az

Ağcabədi sakinindən 7 kq narkotik götürülüb

Ağcabədi sakinindən 7 kq narkotik götürülüb

Aktual

2 Avqust 2022, 09:16

Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində daha bir rayon sakinindən 7 kiloqramdan artıq narkotik vasitə olan marixuana götürülüb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, Ağcabədi RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə rayon sakini Novruz Hüseynov saxlanılıb.

 

İlkin olaraq onun üzərindən marixuana aşkar edilib. Onun ətrafında davam etdirilən araşdırmalarla rayon ərazisində gizlətdiyi narkotik də müəyyən olunub. Həmin əraziyə baxış keçirilən zaman 7 kiloqram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı