Modern.az

Din xadimi olmaq üçün bu şəxslər müraciət edir

Din xadimi olmaq üçün bu şəxslər müraciət edir

Aktual

2 Avqust 2022, 09:48

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İslam dininə aid ibadət yerlərinə din xadimlərinin təyin edilməsi attestasiyası ilə bağlı təlimata uyğun olaraq, üç din xadiminin vəzifəsi müəyyənləşdirilib. İmam, imam müavini, dini ayinlərin icraçısı (müəzzin) vəzifələri müəyyən olunub.

 

Modern.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

 

Sədr müavini bildirib ki, bunlar əsasən böyük məscidlər üçün nəzərdə tutulub. Xaricdə dini təhsil almış şəxslər İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması müsabiqəsində iştirak edirlər.

 

G.İsmayılov İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda din xadimi kimi fəaliyyət göstərmək üçün dini ali və orta ixtisas təhsilli olan şəxslərin müraciət etdiklərini vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı