Modern.az

Keçmiş məhkum maşın oğurluğuna görə TUTULDU

Keçmiş məhkum maşın oğurluğuna görə TUTULDU

Aktual

2 Avqust 2022, 11:08

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə avqustun 1-də Türkan qəsəbəsi ərazisindən qəsəbə sakini A.Cəfərova məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub. 

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Kərimov avtomobillə birgə saxlanılıb. 

 

Xəzər RPİ tərəfindən araşdırma aparılır. 

Whatsapp
Bizə yazın!
Keçid et
İrandan daha bir hücum - Bakı hədəfə alındı