Modern.az

Yük maşını aşdı, sürücü öldü

Yük maşını aşdı, sürücü öldü

Aktual

4 Avqust 2022, 08:37

Şamaxıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Göylər Dağ kəndi ərazisində baş verib.

 

Məlumata görə, 1964-cü il təvəllüdlü Səfərov İlqar Əlikişi oğlunun idarə etdiyi “Shacman” markalı yük avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı