Türkiyənin “Fənərbaxça” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Modern.az xəbər verir ki, Super Liqa təmsilçisi qapıçı İrfan Can Eğribayatı heyətinə qatıb.
İyirmi dörd yaşlı qolkiper “Göztəpə”dən satınalma şərti ilə mövsümün sonunadək icarəyə götürülüb.
Qeyd edək ki, futbolçu “Adanaspor”un yetirməsidir. O, 2020-ci ildə məhz bu klubdan “Göztəpə”yə transfer olunub. Son iki mövsümdə İzmir təmsilçisinin əsas qapıçısı olan İrfan, Türkiyənin aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.