Modern.az

Çin Tayvana ballistik raketlər atdı

Çin Tayvana ballistik raketlər atdı

Aktual

4 Avqust 2022, 15:16

Çin Tayvanın şimal-şərq və cənub-qərb sahilləri ətrafındakı sulara bir neçə orta mənzilli “Dongfeng” ballistik raketini atıb.

 

Modern.az “Röyters”ə istinadən xəbər verir ki, Tayvanın Müdafiə Nazirliyi raketlərin buraxılışına cavab olaraq müdafiə sistemlərini işə saldığını bildirib.

 

Məlumat daha sonra Çin tərəfindən təsdiqlənib. Çinin dövlət mediası hədəfin dəqiqliklə vurulduğunu bildirib.

 

Qeyd edək ki, “Dongfeng” raketləri Çin Xalq Azadlıq Ordusu tərəfindən idarə olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə