Modern.az

Lənkəranda məktəb direktorunu gözətçi əvəzləyib - FOTO

Lənkəranda məktəb direktorunu gözətçi əvəzləyib - FOTO

Aktual

29 Avqust 2022, 15:09

Lənkəran rayonu Ə.Nəsirov adına Tütəpeştə kənd ümumi orta məktəbində direktor səlahiyyəti gözətçiyə həvalə olunub.

 

Modern.az xəbər verir ki, məktəbin direktoru Rövşən Əliyev məzuniyyətdə olduğu üçün onun səlahiyyətlərini məktəbin gözətçisi icra edib.

 

Belə ki, direktora məktub ünvanlayan müəllimlərdən birinə cavab qarovulçu adından verilib.

 

Məsələ barədə Lənkəran-Astara Regional Təhsil İdarəsi ilə əlaqə saxlanılıb.

 

İdarədən Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bütün pedaqoji və texniki işçilər məzuniyyətdə olduğu, məktəbin də təsərrüfat müdiri olmadığından müvəqqəti olaraq səlahiyyət gözətçiyə həvalə olunub:

 

“Hazırda direktorun məzuniyyət vaxtı bitib və işindədir. Vətəndaş yenidən müraciət edə bilər”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı