Modern.az

Peşəkar Futbol Liqasında yeni təyinat

Peşəkar Futbol Liqasında yeni təyinat

Aktual

29 Avqust 2022, 17:12

Peşəkar Futbol Liqasında (PFL) yeni kadr təyinatı olub.

 

Modern.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, rəhbərliyinin qərarına əsasən qurumda icraçı direktor postu təsis edilib və Zaur Hacı-Məhərrəmov bu posta təyinat alıb.

 

Zaur Hacı-Məhərrəmov 2009-cu ildən AFFA-da işləyir. Bu müddət ərzində AFFA-da müxtəlif postlarda çalışan Z.Hacı-Məhərrəmov ölkədə keçirilən böyük beynəlxalq yarışlarda da fəaliyyət göstərib. PFL-in yeni icraçı direktoru eyni zamanda beynəlxalq oyunlara UEFA nümayəndəsi kimi təyinat alır.

 

Qeyd edək ki, bunadək PFL-də Aslan Şahgəldiyev vitse-prezident, Elgiz Abbasov isə texniki idman direktoru kimi təsdiqlənib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı