Modern.az

İstefa verən məşhur siyasətçi aclığa başladı

İstefa verən məşhur siyasətçi aclığa başladı

Aktual

30 Avqust 2022, 08:44

İraqda Sədr Hərəkatının başçısı vəzifəsindən istefa verən ilahiyyatçı Müqtəda əs-Sədr aclıq aksiyasına başlayıb. O, aksiyanı ölkədə zorakılıq dayandırılana qədər davam etdirmək niyyətindədir.

 

Modern.az xəbər verir ki, bu barədə Sədr parlament bloku məlumat yayıb.

 

"Müqtəda əs-Sədr aclıq aksiyasına başladığını elan edərək, zorakılıq və silahdan istifadə dayandırılana qədər davam etdirmək niyyətindədir", - açıqlamada deyilir.

 

Xatırladaq ki, daha əvvəl Müqtəda əs-Sədr siyasətdən getdiyini açıqlayıb. Bundan sonra yüzlərlə insan Respublika sarayına daxil olub. Gərginlik fonunda İraq hakimiyyəti ölkə ərazisində komendant saatı elan edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı