Modern.az

Şahin Mustafayev Qriqoryanla danışıqlar apardı - YENİLƏNİB

Şahin Mustafayev Qriqoryanla danışıqlar apardı - YENİLƏNİB

Aktual

30 Avqust 2022, 18:02

30 avqust 2022-ci il tarixində Moskva şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiya üzrə Dövlət Komissiyasının və Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın ikinci iclası keçirilib.

 

Xarici İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, iclasdan öncə Rusiya Federasiyası Hökümətinin sədri A.Overçuk, Ş.Mustafayev və M.Qriqoryan ilə görüşüb və komissiyaların işinin davam etdirilməsini alqışlayıb.

 

Tərəflər təşkilati və prosedural məsələləri müzakirə edib, komissiyaların gələcək işi və birgə fəaliyyətinin reqlamenti üzrə predmetli fikir mübadiləsi aparıblar. Görüşün yaxşı təşkilinə görə Rusiya tərəfinə minnətdarlıq ifadə edilib.

 

Üçüncü görüşün razılaşdırımış vaxtda keçirilməsinə dair razılıq təsdiqlənib.

 

***

 

14:00

 

Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının iclası başlayıb.

 

Modern.az xəbər verir ki, Azərbaycan və Ermənistan rəsmilərinin ikinci görüşü Rusiyanın paytaxtı Moskvada təşkil olunub.

 

Görüş zamanı nəqliyyat-kommunikasiya və delimitasiya məsələləri müzakirə olunacaq. Danışıqlar mətbuata qapalı keçirilir.

 

Sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı komissiyanın bugünkü görüşü Rusiya tərəfinin məşvərətçi yardımı əsasında baş tutub.

 

Qeyd edək ki, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı ikitərəfli dövlət komissiyasının Azərbaycan tərəfdən həmsədri Baş nazirin müavini Şahin Mustafayev, Ermənistandan isə Nikol Paşinyanın müavini Mqer Qriqoryandır.

 

Dövlət rəsmilərinin ilk görüşü bu il mayın 24-də Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində baş tutmuşdu.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı