Modern.az

Deputat Cavanşir Feyziyev Göybulaq kəndində

Deputat Cavanşir Feyziyev Göybulaq kəndində

Aktual

30 Avqust 2022, 10:24

Yevlax-Şəki magistral yolunun üstündə yerləşən Göybulaq  kəndinin sakinlərinə bəlkə də çoxları həsəd  aparır. Bu  kənddən  baxanda Böyük  Qafqaz dağlarının  cənub  ətəkləri lap yaxında aydınca görünür. Arxasını  dağlara  söykəyən Göybulaq kəndi ərazi cəhətdən həm  əkinçilik, həm də  heyvandarlıqla məşğul olmaq üçün  ideal məkandır.

 

Təəssüf ki, vaxtilə şirin su  bulaqlarının bol olduğu bu yerlərdə indi içməli su qıtlığı yaranıb. Bu da qlobal iqlim dəyişikliyinin bir təzahürüdür.

 

Kəndin su problemini həll etmək  üçün bir neçə  dəfə  təşəbbüs  göstərilib.  Magistral  yolun  kənarındakı  qaynamaların  suyu  təxminən  2 kilometr  məsafədən  borular  vasitəsi ilə  kəndin yuxarı hissəsindəki su anbarlarına vurularaq oradan ayrı – ayrı məhəllələrə və evlərə  paylanıb. Lakin  sonralar kəndin əhalisi suyun ötürülməsi üçün istifadə olunan elektrik enerjisinin pulunu vermədiyindən, bu qurğu uzun müddət istifadəsiz qalıb,  bir müddət sonra isə texniki avadanlığı yox olub və beləliklə kənd əhalisi içməli sudan məhrum olub.Bəs  indi  suya  olan  tələbatı  necə  ödəməli? Yaxın ərazidə yeraltı sular olmadığı üçün  artezian qazılması heç bir perspektiv vəd etmir. Bilavasitə yaxınlıqda başqa su mənbəyi də  yoxdur. Deməli, yenə də ümid əvvəlki layihənin bərpa olunmasına qalır.

 

Göybulaq  məktəbinin  akt  zalında  kənd  ictimaiyyətinin  nümayəndələri, ağsaqqallar,  qazilər və şəhid  ailələri  ilə  keçirilən  görüşdə bu  barədə  geniş  və  ətraflı  söhbət  getdi. Kənd  sakinləri  deputatdan kənddən 2 km məsafədə yerləşən su mənbəyində rezervuar və nasos stansiyasının tikilməsini və nasoslar vasitəsilə suyun kənddəki çənlərə ötürülməsini xahiş etdilər. Deputat su idarəsindən mütəxəssislər dəvət edərək vəziyyəti araşdıracağını, məsələnin həlli yolunun axtarılacağını və problemin həlli üçün əlindən gələn köməyi əsirgəməyəcəyini  bildirdi.

 

Deputat məktəbdə tədrisin vəziyyəti və abutiryentlərin ali məktəblərə qəbul imtahanlarındakı nəticələri ilə maraqlandı. Məktəb direktoru və kənd sakinləri bir neçə il əvvəl Göybulaq kəndində tikilmiş yeni məktəb binasında təlim-tədris prosesinin təşkilindən həvəslə danışdılar və təhsilə göstərilən qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər.

 

Başqa xahişlər də oldu. Kəndin kənarından keçən magistral yolda maşınların sürətini  azaltmaq üçün radarların qoyulması, məktəb qazanxanasının uçulmuş divarının təmir  olunması, bir qazi  ailəsinin ev  tikintisinə əlavə tikinti materialı verilməsi və sair kimi müraciətlər də səsləndi.

 

Deputat verilən tapşırıqların əlaqədar təşkilatlarla  birlikdə ən  qısa  müddətdə müzakirə edilib nəticəsi ilə bağlı sakinlərə məlumat veriləcəyini bildirdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı