Modern.az

“Qarabağ”ın rəqibi səfərdə xal itirdi

“Qarabağ”ın rəqibi səfərdə xal itirdi

Aktual

30 Avqust 2022, 10:53

“Qarabağ” klubunun UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibləridən olan "Olimpiakos" Yunanıstan çempionatında ikinci turun oyununa çıxıb.

 

Modern.az xəbər verir ki, komanda “Asteras”ın qonağı olub. Görüşdə qapılara qol vurulmayıb.

 

Bu nəticədən sonra xalını 4-ə çatdıran "Olimpiakos" turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.

 

Qeyd edək ki, “Qarabağ” klubu “Olimpiakos”a qarşı ilk matçını oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə oktyabrın 13-ü Bakıda keçirəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı