Modern.az

Qazilər müalicə üçün Naftalana gəliblər

Qazilər müalicə üçün Naftalana gəliblər

Aktual

30 Avqust 2022, 11:04

Yevlaxlı qazilər müalicə və istirahət üçün Naftalana gəliblər.

 

Yevlax Rayon və Naftalan Şəhər İcra Hakimiyyətlərinin birgə təşəbbüsü  ilə Yevlax rayonundan olan bir qrup qazi müalicə və reabilitasiya məqsədilə “Gold Naftalan” Müalicə və Sağlamlıq  Mərkəzində ŞİH-nin məsul əməkdaşları tərəfindən qarşılanıb. Qazilərə müayinə və müalicə prosedurları haqqında ətraflı məlumat verilib.

 

Qeyd edək ki, qazilər müayinə olunduqdan sonra onlara müayinələrin nəticələrinə əsasən müvafiq müalicələr təyin ediləcək, həmçinin, naftalan vannaları qəbul edəcəklər.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı