Modern.az

Vadji rəsmən “Qarabağ”dan ayrıldı

Vadji rəsmən “Qarabağ”dan ayrıldı

Aktual

30 Avqust 2022, 11:12

“Qarabağ” klubu seneqallı hücumçusu İbrahima Vadjinin “Sent Etyen” klubuna transferini rəsmən açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə klubun feysbuk səhifəsində məlumat yayılıb.

 

“Əldə olunmuş razılığa əsasən, komandamızın hücumçusu İbrahima Vadji Fransanın “Sent Etyen” klubuna transfer olub” - paylaşımda deyilir.

 

Qeyd edək ki, ötən mövsüm “Qarabağ”a transfer olmuş seneqallı futbolçu keçirdiyi 36 oyunda 20 qol vurub və 4 məhsuldar ötürmə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!