Modern.az

Bizə 102 kisə sümük qalıqları gətirilib - DİREKTOR

Bizə 102 kisə sümük qalıqları gətirilib - DİREKTOR

Aktual

30 Avqust 2022, 11:48

"I Qarabağ müharibəsi və ondan sonrakı dövrlərdə basdırılmış həmvətənlərimizin sümük qalıqları bizə göndərilir. Bu günə qədər bizə 102 kisə sümük qalıqları gətirilib".

 

Modern.az-ın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya birliyinin direktoru Ədalət Həsənov deyib.

 

Direktor qeyd edib ki, həmin sümük qalıqları qurumun əməkdaşları tərəfindən araşdırılıb:

 

"Müəyyən olunub ki, onların içərisində 156 şəxsə aid sümük qalıqları var. Həmin sümük qalıqlarının ümumi sayı isə 10 640-dır".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı