Modern.az

Novruz Aslanov konfransda iştirak edib - FOTO

Novruz Aslanov konfransda iştirak edib - FOTO

Aktual

30 Avqust 2022, 13:07

Bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və Beynəlxalq Qızıl Xaç Komitəsinin birgə təşkilatçılığı ilə 30 avqust Beynəlxalq İtkinlər Gününə həsr edilmiş “İtkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi – Humanitar yanaşma” mövzusunda konfransı keçirilib.

 

Konfransda Komissiyasının üzvü, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) prezidenti, millət vəkili Novruz Aslanov, BQXK-nın Azərbaycan nümayəndəliyinin başçısı Draqana Koiç və əlaqədar hökumət strukturlarının məsul şəxsləri iştirak edib.

 

“Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə birlikdə işğaldan azad edilmiş ərazilərdə I Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımıza aid altı yüksək coğrafi dəqiqlikli məzar yerində insan qalıqlarının ekshumasiyasına dair birgə pilot layihənin həyata keçirilməsi planlaşdırılır.

 

BQXK-nın yaxından iştirakı ilə həyata keçirilmiş təxirəsalınmaz axtarış tədbirləri nəticəsində itkin düşmüş hərbi qulluqçularımızın əksəriyyətinin nəşi işğaldan azad edilmiş ərazilərimizdən götürülüb və eyniləşdirilərək ailələrinə təhvil verilib. Təəssüf ki, Vətən müharibəsində iştirak etmiş 6 hərbçimizin axtarışı ilə bağlı zəruri tədbirlərin keçirilməsinə baxmayaraq, onların sonrakı taleyinin müəyyən edilməsi mümkün olmamış və onlar Vətən müharibəsində itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınmışdır.” - bu sözləri Komissiyanın katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.

 

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) prezidenti, millət vəkili Novruz Aslanov da öz çıxışında bildirib: “14 aprel 2008-ci il tarixdə Əsir və itkin düşmüş, girov qötürülmüş vətandaşlarla əlaqədar Dövlət Komissiyası ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında I Qarabağ müharibəsi nəticəsində itkin düşmüş şəxslər haqqında Ante Mortem (Məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması) üzrə Çərçivə Sazişi imzalanıb. Bu proqramın həyata keçirilməsində üçüncü tərəf kimi iştirak edən  Azərbaycan Qızıl Aypara Cəmiyyətinin də rolunu xüsusilə qeyd etmək istərdim. Belə ki, 2008-2010-cu illər ərzində respublikanın müxtəlif şəhər və rayonlarında proqramın icrası üçün Cəmiyyətin bölqələrdə fəaliyyət göstərən bütün yerli bölmələrinin potensialından istifadə olunub. Bu işlərin daha da səmərəli aparılması üçün Beynəlxalq Qızıl Xaç Komitəsi ilə Cəmiyyətimiz arasında qarşılıqlı vəzifələri özündə təsbit edən müqavilə imzalanmışdır. Əsas məqsəd itkin düşmüş şəxslərin talelərinə aydınlıq qətirməkdən ibarət olmuşdur. Bu işlər AzQAC-ın könüllüləri tərəfindən həyata keçirilib”

 

Sonda Novruz Aslanov Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri cənab Əli Nağıyevə belə bir aktual məsələnin dövlət tərəfindən diqqət mərkəzində saxlanıldığına və bu tədbirin keçirildiyinə görə təşəkkür etmişdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı