Modern.az

“Azərişıq” rəhbəri Qubada vətəndaşları qəbul edəcək

“Azərişıq” rəhbəri Qubada vətəndaşları qəbul edəcək

Aktual

30 Avqust 2022, 13:19

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov avqustun 31-i saat Quba şəhərində Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edəcək. “Qafqazinfo” xəbər verir ki, qəbul saat 10:00-da başlayacaq. 

 

Qəbul Quba şəhəri, H.Əliyev prospektində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

 

Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən baş tutacaq.

 

Qəbulda iştirak etmək istəyən şəxslər Quba Elektrik Şəbəkəsinə və ya "Azərişıq" ASC-nin 199 çağrı mərkəzinə, onlayn isə [email protected] elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.

 

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, qəbulda peyvənd və ya immun sertifikatı, eləcə də əks-göstəriş sertifikatı olan şəxslər iştirak edə bilərlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı