Modern.az

41 Azərbaycan vətəndaşı İrana qaçıb 

 41 Azərbaycan vətəndaşı İrana qaçıb 

Aktual

30 Avqust 2022, 14:14

“İran və Azərbaycan arasında münasibətlər yüksək səviyyədə inkşaf edərsə, bu, məhkəmə sisteminə də müsbət təsir göstərər”.

 

Modern.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev iranlı həmkarı Məhəmməd Cəfər Montazeri ilə görüşündə deyib. 

 

“Azərbaycan hökuməti narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizəyə çox ciddi yanaşır. Azərbaycanda məhkəmə istintaqı zamanı 41 Azərbaycan vətəndaşı İrana qaçıb. Biz həmin şəxslərin Azərbaycanın təhlükəsizliyinə təhdid hesab edildiyi üçün ölkəmizə qaytarılmasını gözləyirik”,- Baş prokuror bildirib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı