Modern.az

Azərbaycan XİN-dən Qazaxıstana təbrik

Azərbaycan XİN-dən Qazaxıstana təbrik

Aktual

30 Avqust 2022, 15:03

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qazaxıstana bu ölkə ilə diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə bağlı təbrik ünvanlayıb. 

 

Modern.az xəbər verir ki, bu barədə nazirliyin tviter səhifəsində paylaşım edilib.

 

“Bu gün Azərbaycan və Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Bu münasibətlə Qazaxıstan Respublikasının hökumətinə və xalqına ən xoş diləklərimizi çatdırırıq. Azərbaycan və Qazaxıstan arasında strateji əlaqələrin daha da möhkəmlənməsini səbirsizliklə gözləyirik”, - paylaşımda deyilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı