Gürcüstanda “Noble Partner 2022” çoxmillətli birgə hərbi təlimlər keçirilir. Tbilisi yaxınlığındakı Vaziani hərbi bazasında təşkil olunan açılış mərasimində Gürcüstan Müdafiə Nazirliyinin rəsmiləri ilə yanaşı, diplomatik korpusun əməkdaşları da iştirak ediblər.
Modern.az xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, təlimlərin məqsədi Qara dəniz regionunda sabit və təhlükəsiz mühiti təmin etmək üçün Gürcüstan, ABŞ, regional tərəfdaşlar, müttəfiqlər arasında hazırlıq və uyğunluğu artırmaqdır.
Hərbi təlimdə Gürcüstan, ABŞ, Yaponiya, İsveç, Bolqarıstan, Rumıniya, Moldova, Yunanıstan, Böyük Britaniya, Türkiyə, Slovakiya, Norveç, Macarıstan, Litva, Azərbaycan, Almaniya, Bosniya və Herseqovina, Estoniya və Polşanın 2400-dən çox hərbçisi iştirak edir.