Modern.az

Ruslan Əliyev eyni anda 2 sosial şəbəkədə canlı yayımda olacaq

Ruslan Əliyev eyni anda 2 sosial şəbəkədə canlı yayımda olacaq

Aktual

30 Avqust 2022, 16:39

“Azəriqaz” İB-nin baş direktoru hər həftənin çərşənbə günü saat 15:00-da “Facebook” üzərindən canlı yayım vasitəsi ilə abonentlərin qaz təchizatına aid sual və təkliflərini, problemlərini dinləyərək həlli istiqamətində müvafiq tapşırıqlar verir.

 

Qurumdan Modern.az-a verilən məlumata görə, artıq növbəti çərşənbə günü bu sosial əlaqəyə “İnstagram” da (ruslanaliyev.official) əlavə olunacaq.

 

Məqsəd abonentlərin istənilən platformada öz problemlərini səsləndirə bilmək imkanlarını genişləndirməkdir. Dövlət qurumları arasında ilk olacaq bu geniş tərkibli əlaqə “İnstagram” istifadəçilərinə də əlavə imkanlar yaradacaq. “İnstagram” istifadəçiləri “Facebook” üzərindən canlı əlaqənin effektivliyinin əyani şahidi olacaqlar. Birliyin prioriteti abonent məmnunluğudur!

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı