Modern.az

“e-devlet”lə “e-gov” portalı inteqrasiya olunur - VACİB YENİLİK

“e-devlet”lə “e-gov” portalı inteqrasiya olunur - VACİB YENİLİK

Aktual

30 Avqust 2022, 17:41

Sentyabrın 1-də "Teknofest" çərçivəsində Türkiyənin “e-devlet” portalı ilə Azərbaycanın “e-gov” portalının inteqrasiyasının təqdimatı həyata keçirləcək.

 

Modern.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

 

O qeyd edib ki, bu inteqrasiya ilə Azərbaycan vətəndaşı Türkiyəyə gəldikdə ona Azərbaycan dövlətinin verməli olduğu hər hansı bir sənəd tələb olunarsa və ya əksinə, Türkiyə vətəndaşı Azərbaycanda olarkən bir sənəd tələb olunarsa dərhal bu portallardan istifadə edə bilər.

 

“Bu, çox ciddi bir addmdır. 1 sentyabr tarixində "Teknofest"də bu inteqrasiyanın təqdimatı keçiriləcək”, - deyə Ü.Mehdiyev əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı