Modern.az

Sahildə avtomobillərin hərəkəti məhdudlaşdırılır

Sahildə avtomobillərin hərəkəti məhdudlaşdırılır

Aktual

30 Avqust 2022, 17:44

Sabah saat 09:00-dan sentyabrın 2-si saat 20:00–a qədər Bakının Qaradağ rayonunun Sahil qəsəbəsinin Məhərrəm Seyidov küçəsində (Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun girişindən çıxışına qədər olan hissəsində) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

 

Modern.az  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, buna səbəb aparılacaq təmir işləridir.

 

Qurum sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edib, yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?