Modern.az

DTX Gömrük Komitəsində əməliyyat keçirib? – Rəsmi açıqlama

DTX Gömrük Komitəsində əməliyyat keçirib? – Rəsmi açıqlama

Aktual

30 Avqust 2022, 17:53

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Dövlət Gömrük Komitəsində əməliyyat keçirməsi ilə bağlı xəbəri təkzib edib.

 

DTX-nin İctimai Əlaqələr Mərkəzindən Modern.az-a bildirilib ki, qurum tərəfindən Gömrük Komitəsində antikorrupsiya əməliyyatı keçirilməyib.

 

Qeyd olunub ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

 

***

Bir neçə saat əvvəl Dövlət Gömrük Komitəsinin strukturlarında anti-korrupsiya əməliyyatı keçirilib.

 

Modern.az Gununsesi.info-ya istinadən xəbər verir ki, əməliyyat zamanı Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin direktor müavini Məsumov Hüseyn Möhsün oğlu saxlanılıb.

 

Xatırladaq ki, Hüseyn Məsumov bir ay əvvəl həbs edilən “Azərterminalkompleks” birliyinin direktoru gömrük general-mayoru Ehtiram Xəlilovu əvəzləmişdi.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı