Modern.az

Ordumuz müasir modelə uyğunlaşdırılır - Kərim Vəliyev

Ordumuz müasir modelə uyğunlaşdırılır - Kərim Vəliyev

Aktual

30 Avqust 2022, 19:52

"Hazırda Azərbaycan Ordusunun müasir ordu modelinə, xüsusilə Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində zəruri addımlar atılır".

 

Modern.az xəbər verir ki, bunu müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyənin 30 Avqust - Zəfər Bayramına həsr olunan tədbirdə çıxış edərkən deyib.

 

Baş Qərargah rəisi bildirib ki, ölkələrimiz arasındakı hərbi əməkdaşlıq birliyimizi daha da möhkəmləndirir.

 

"Bu birlik regionda əmin-amanlığın və sabitliyin qorunmasına töhfə verir", - general-polkovnik vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı