Modern.az

Millimiz Ukrayna yığmasına məğlub oldu

Millimiz Ukrayna yığmasına məğlub oldu

Aktual

30 Avqust 2022, 20:47

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Dünya Çimərlik Oyunlarının Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyununu keçirib.

 

Modern.az xəbər verir ki, İtaliyanın Katanya şəhərində oynanılan Ukrayna – Azərbaycan qarşılaşması 5:4 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.

 

Millimizin qollarını Orxan Məmmədov, Kamil Hüseynov, Ramil Əliyev və Amid Nəzərov vurublar.

 

Qeyd edək ki, digər qruplarda qeydə alınacaq nəticələrdən asılı olaraq, millimizin növbəti mərhələyə vəsiqə qazanıb-qazanmayacağı məlum olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı