Modern.az

Mirziyoyev Azərbaycan səfirinə orden verdi 

Mirziyoyev Azərbaycan səfirinə orden verdi 

Aktual

30 Avqust 2022, 20:50

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Quliyevə "Dostluq" ordenini təqdim edib.

 

Modern.az xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Sərəncamı ilə Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Quliyev Özbəkistanla Azərbaycan arasında dostluq əlaqələrinin genişlənməsi, strateji tərəfdaşlığın möhkəmləndirilməsi, hərtərəfli və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı, elmi, mədəni-humanitar sahələrdə qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi və iki ölkənin qardaş xalqları arasındakı çoxəsrlik əlaqələrin genişləndirilməsi sahəsindəki xidmətlərinə görə"Dostluq" ordeninə layiq görülüb.

 

Bu gün Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “Dostluq” ordenini Hüseyn Quliyevə təqdim edib.

 

Qulu Kəngərli

Daşkənd

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı